Beynəlxalq Böhran Qrupu 2019-cü il üzrə dünyada qarşıdurmalar və böhranlarla bağlı proqnoz hazırlayıb.Milli.Az Axar.az-a istinadən xəbər verir ki, proqnozda dünya üçün riskli olan hadisələrin adları açıqlanıb.1. Cənubi Sudanda (neft gəlirləri uğrunda şimalla mübarizə) vətəndaş müharibəsinin alovlanması (2013-2018-ci illərdə 400 min insan ölüb);2. Kamerunda ingilis və fransızdilli əhali arasında vətəndaş müharibəsi;3. Əfqanıstanda yeni qarşıdurma (2018-ci ildə münaqişələrdə ən böyük insan itkisi qeydə alınıb - 40 min nəfər);4. Nigeriyada yazdan başlayaraq bütün mərhələlərdə seçkilərin keçirilməsi. Adətən bu ölkədə seçkilər etnik qruplar və dini təriqətlər arasında kəskin qarşıdurmalarla müşayiət edilir;5. Suriyada münaqişənin alovlanması;6. ABŞ-İsrail-Səudiyyə üçlüyü ilə İran arasında münaqişənin yeni mərhələyə keçməsi;7. ABŞ və Çin arasında iqtisadi müharibənin fəsadları;8. Ukraynanın şərqində münaqişənin davamı;9. Yəməndə münaqişə və humanitar böhran;Milli.Az