Benzema Çempionlar Liqasında 60 qol vuran 4-cü futbolçu olub
Paylaş
113 baxış·1 dəq oxu
Bakı. 14 fevral. REPORT.AZ/ Madridin "Real" klubunun fransalı hücumçusu Kərim Benzema Çempionlar Liqasının 1/8 final mərhələsində "Ayaks"a qarşı keçirilən oyunda fərqlənərək turnir çərçivəsində 60-cı qolunu vurub. “Report” xəbər verir ki, o, bu nailiyyəti əldə edən dördüncü futbolçu olub. Benzemadan daha çox yalnız portuqaliyalı Kriştianu Ronaldu (121), argentinalı Lionel Messi (106) və ispaniyalı Raul Qonsales (71) fərqlənib.