"AzerTelecom" şirkətinin iştirakı ilə Beynəlxalq Təhlükəsiz İnternet Gününə həsr olunan tədbir keçirilib (FOTO)

11:08 14 Fevral 2019
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Azərbaycanı beynəlxalq İnternet şəbəkəsinə bağlayan magistral (backbone) internet provayderi "AzerTelecom" şirkətinin iştirakı ilə STEP Kompüter Akademiyasında “Beynəlxalq Təhlükəsiz İnternet Günü”nə həsr olunan tədbir keçirilib.

Tədbir ölkəmizdə internetin təqdimi və internet təhlükəsizliyində ixtisaslaşan bir neçə yerli və beynəlxalq şirkətlərin nümayəndələrinin iştirakı ilə baş tutub, internet, onun yaranması, qlobal şəbəkədə təhlükəsizlik, istifadəçilərin üzləşdikləri əsas təhdidlər və s. kimi mövzularda faydalı müzakirələr aparılıb.

Tədbirdə çıxış edən "AzerTelecom" şirkətinin Baş Kommersiya Direktoru Samir Nuriyev qlobalinternet şəbəkəsinin yaranması, mövcud texniki göstəricilər, Azərbaycanın internet şəbəkəsinə qoşulması və bu prosesdə magistral provayder "AzerTelecom" şirkətinin rolu, internetin gələcəyi kimi mövzulara toxunub.

Hazırda qlobal internet istifadəçilərinin sayının ümumilikdə 4 milyardı ötdüyünü, Azərbaycanın MDB məkanında internetin əhatə olunması, yayımına görə ilk yerdə (79%) olduğunu qeyd edən Samir Nuriyev internetin gələcəyi barədə danışaraq 2020-ci ildə 5 milyarddan çox insanın İnternetdən istifadə edəcəyini, qlobal şəbəkədən istifadədə ən böyük artımın inkişaf etməkdə olan ölkələrdə olacağını, Bulud texnologiyaların daha da inkişaf edəcəyini, Əşyaların İnternetinin (IoT) internet haqqında təsəvvürü dəyişəcəyini və gələcəkdə internetin bir ekologiya dostu olacağını bildirib.

Tədbirdə çıxış edən digər məruzəçilər də öz növbələrində İnternetin distribusiyası, simli və simsiz internet növləri, şəbəkələr, sistem inzibatçılığı, sosial mühəndislik və fişinq hücumlarına qarşı təhlükəsizlik və s. barədə danışaraq öz təcrübələrini bölüşüblər.

Beynəlxlaq Təhlükəsiz İnternet Günü (“Safer Internet Day - SID”) hər ilin ikinci ayının ikinci həftəsinin ikinci günü qeyd edilir. Bu əlamətdar hadisə 2004-cü ildə Avropa Komissiyasının qərarı ilə təsis edilib. Məqsəd dünyada, xüsusən uşaq və gənclər arasında onlayn texnologiyalardan daha təhlükəsiz və məsuliyyətli istifadəni təbliğ etməkdir.

Azərbaycanın dinamik şəkildə inkişaf edən telekommunikasiya operatoru olan "AzerTelecom" 2008-ci ildə təsis edilib və ölkənin ilk mobil operatoru - Bakcell şirkətinin törəmə şirkətidir. "AzerTelecom" internetin topdan satışı, ayrılmış kanal xidməti, mobil və stasionar telekommunikasiya şəbəkələrində informasiyanın daşınması, beynəlxalq tranzit, SİP telefoniya, FTTx (fiber optik xətt xidməti), Data mərkəz xidmətləri, VPN (virtual şəxsi şəbəkə), DDOS hücumundan müdafiə və digər xidmətlər təqdim edir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/business/it/3019369.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR