Belçika hərbi kəşfiyyatının rəhbəri Rusiyaya işləməkdə günahlandırılır

Belçika hərbi kəşfiyyatının rəhbəri Rusiyaya işləməkdə günahlandırılır
13:42 14 Fevral 2019
74 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 14 fevral. REPORT.AZ/ Belçika hərbi əks-kəşfiyyat idarəsinin rəhbəri Klement Vandenborre “məxfiliklə bağlı çoxlu hallar”a görə və Rusiyaya casusluqda şübhələrlə bağlı müvəqqəti olaraq vəzifəsindən kənarlaşdırılıb.
“Report” “De Morgen”ə istinadən xəbər verir ki, gizli xidmətlərdəki mənbələrə görə, əslində bu məsələ ADİV (De Algemene Dienst İnlichting en Veiligheid – Belçika Baş Məlumat və Təhlükəsizlik Xidməti) tərkibindəki mülki şəxslərin çalışdığı əks-kəşfiyyat və hərbçilərdən ibarət kəşfiyyat idarələri arasında rəqabət və nüfuz davasının nəticəsidir.
Hazırda məxfi məlumatlarla çalışmaqdan məhrum edilən K.Vandenborre daxili təhqiqat başa çatanadək müşahidə altında tutulur. Özü isə bütün ittihamları qətiyyətlə rədd edir.
Əks-kəşfiyyat sahəsində 40 illik təcrübəyə malik K.Vandenborre ətrafındakı bu qalmaqalın daha gənc əməkdaşların özlərinə vəzifəyə yol açmaq istəyi ilə bağlı ola biləcəyi qeyd olunur.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/belcika-herbi-kesfiyyatinin-rehberi-rusiyaya-islemekde-gunahlandirilir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR