Prezident İlham Əliyev “Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 564 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmana əsasən ali məktəblərə qəbul imtahanlarında ən yüksək nəticə göstərmiş tələbələr üçün 210 manat məbləğində Prezident təqaüdü təsis edilir.

Fərman 2019-cu il martın 1-dən qüvvəyə minir.