Dövlət Xidmətinin Goranboy rayon şöbəsinin yeni binası istifadəyə verilib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy rayon şöbəsinin yeni tikilmiş inzibati binası istifadəyə verilib.

Qurumdan Metbuat.az-a verilən məlumata görə, Dövlət Xidmətinin rəisi Arzu Rəhimov bildirib ki, Azərbaycanın iqtisadi inkişafı ordu quruculuğuna da müsbət təsirini göstərib. Yeddi il əvvəl yaranan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunub. Ötən dövrdə səfərbərlik işinin təşkilində, çağırışçıların ordu sıralarına çağırılmasında, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında bir sıra nailiyyətlər əldə edilib. “Biz bu nailiyyətlərin artırılması üçün çalışırıq. Qarşımızda çox ciddi və böyük tapşırıqlar durur. Xidmətin hər bir əməkdaşı bundan sonra da bütün səy və bacarığını səfərbər edəcək və Azərbaycan Respublikasının Prezidenti tərəfindən qarşımıza qoyulan tapşırıqlar yüksək səviyyədə yerinə yetiriləcək” deyə A.Rəhimov vurğulayıb. Xidmət rəisi əlavə edib ki, indiyə qədər qurumun maddi - texniki təminat bazasının yaxşılaşdırılması istiqamətində bir sıra işlər görülüb. Xidmətin bir neçə rayon idarə və şöbələrinin inzibati binaları istifadəyə verilib. A.Rəhimov şəxsi heyəti qurumun yaranmasının 7 illiyi və yeni binanın açılışı münasibətilə təbrik edib və bundan sonra da həyata keçirəcəkləri işlərə daha məsuliyyətlə yanaşmalarını, dövlətə, Vətənə şərəflə xidmət etmələrini diqqətə çatdırıb.

Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev deyib ki, SHXÇDX-nin rayon şöbəsinin yeni binasının istifadəyə verilməsi dövlətimizin başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən böyük sosial-iqtisadi islahatların və quruculuq işlərinin növbəti təzahürüdür.

Sonra binanın açılışını bildirən lent kəsilib və mərasim iştirakçıları binada yaradılan şəraitlə tanış olublar. Bildirilib ki, ümumi sahəsi 1345 kvadratmetr olan üçmərtəbəli bina 47 otaqdan və bir iclas zalından ibarətdir. Bina müasir standartlara və tələblərə uyğun inşa olunub, otaqlar şəxsi heyətin xidməti iş fəaliyyətinin yüksəldilməsi məqsədilə zəruri avadanlıqlarla tam təchiz edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR