“İnsan: Özünü dərk et!”

“İnsan: Özünü dərk et!” yeni tədris proqramının başlanması ilə bu il Bakıda 10 məşhur lektor və bestseller müəllifləri özünüinkişafla bağlı ödənişsiz təlimlər keçirəcəklər.

Metbuat.az xəbər verir ki, bu ilin mart ayından dekabr ayına kimi YARAT Müasir İncəsənət Məkanının özünüinkişafla bağlı ödənişsiz əlavə təhsil imkanları üçün “İnsan: Özünü dərk et!” proqramını təşkil edəcək.

Proqram şirkət rəhbərləri, habelə tələbə və müəllimlər, yaradıcı şəxslər, bir sözlə, yaşından və təhsilindən asılı olmayaraq, hamıya çağdaş insan üçün vacib bacarıqlara yiyələnmək üçün praktik biliklər verməyə kömək edə bilər.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR