Lənkəranda özünü asan qızı polislər xilas etdi

Lənkəran rayonunda 29 yaşlı qadın intihara cəhd edib. Hadisə Sütəmurdov kəndində qeydə alınıb.

Metbuat.az report.az-a istinadən xəbər verir ki, Lənkəran sakini, 1990-cı il təvəllüdlü qadın yaşadığı evin həyətindəki yarımtikilidə özünü asaraq intihara cəhd edib. Hadisədən xəbər tutan ailə üzvləri onun öldüyünü zənn ediblər. Lakin hadisə yerinə göndərilən polis əməkdaşları və təcili tibbi yardım stansiyasının həkimləri onun ölmədiyini müəyyən ediblər.

Qadına zəruri tibbi yardım göstərildikdən sonra Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Qeyd edək ki, intihara cəhd edən qadın 6 ildir evlidir. Bir övladı ölüb, digərinin iki yaşı var. Şirvan şəhərindən Lənkərana gəlin gələn qadın uzun illər özünün və övladının zorakılığa məruz qaldığını, həyat yoldaşından ayrılmaq istəsə də, mümkün olmadığını bildirib. Hətta intihara cəhd etməzdən əvvəl həyat yoldaşını məlumatlandırıb. Eyni zamanda DİN-in “102” Zəng Mərkəzinə zəng edərək intihar etməsinə səbəb kimi həyat yoldaşının onu incitməsini göstərib.

Növbəti 3 gün ərzində dolları bu qiymətə alacaqsınız - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR