ABŞ-la Hindistan Pakistana qarşı birləşdi - Boltonla razılaşma

ABŞ-la Hindistan Pakistana qarşı birləşdi - Boltonla razılaşma
18:57 16 Fevral 2019
89 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonla onun hindistanlı həmkarı Adcit Doval arasında telefon danışığı baş tutub.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, telefon danışığı zamanı tərəflər Pakistan ərazisində terrorçuların gizlənməsi praktikasına qarşı birgə mübarizə barədə razılaşıblar. Telefon danışığının təşəbbüskarı Amerika tərəfi olub.

Tərəflər həmçinin Pakistanın BMT qətnamələrinin icrası üçün məsuliyyət daşıdığı barədə müzakirə aparıblar. Bolton Davola Hindistanın özünümüdafiə haqqını ABŞ-ın tanıdığını bildirib.

Qeyd edək ki, bundan öncə Hindistanın Cammu və Kəşmir ştatında terakt törədilib. Terakt nəticəsində 45 nəfər həlak olub. Rəsmi Dehli baş verənlərə görə "Ceyş ül-Məhəmməd" terror təşkilatının günahkar olduğunu və bütün məsuliyyətin Pakistan üzərinə düşdüyünü bəyan edib.

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/731244.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR