Cəlilabadda çay daşıb, həyətlər və qəbiristanlıq su altında qalıb

Cəlilabad rayonunda ötən gün yağan intensiv yağış çayın daşmasına səbəb olub.

Metbuat.az report.az-a istinadən xəbər verir ki, təbiət hadisəsi rayonun Sabirabad kəndində baş verib. Belə ki, axşam saatlarında kənd yaxınlığından keçən Qarayar çayı məcrasından çıxaraq ətraf ərazilərdə olan evlərin həyət və zirzəmisini basıb.

Çay suları həyətyanı təssərüfata da ziyan vurub, həmçinin kənd qəbiristanlığı da su altında qalıb. Hazırda təbiət hadisənin nəticələri aradan qaldırılır və əraziyə texnikalar cəlb edilib.

Qeyd edək ki, əvvəllər də intensiv yağıntılar zamanı bu çay dəfələrlə daşıb.

Günün ulduz falı - 17 FEVRAL - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR