Belarus idmançısı: "Bakıda Milli Gimnastika Arenasında keçirilən yarışlar hər cür tərifə layiqdir"

Belarus idmançısı: "Bakıda Milli Gimnastika Arenasında keçirilən yarışlar hər cür tərifə layiqdir"
15:27 17 Fevral 2019
48 İdman
Ölkə mətbuatı
A- A+

Bakıda keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda batut üzrə fərdi proqramda qızıl medal qazanan Belarus gimnastı Vladislav Qonçarov nəticədən razıdır.

Milli.Az xəbər verir ki, V.Qonçarov Trend-ə bildirib: "Məmnunluq hiss edirəm, çünki zəhmətim hədər getmədi. Bakıda keçirilən bu Dünya Kubokuna ciddi hazırlaşmışdım və layiqli çıxış etdim".

Gimnast vurğulayıb ki, Bakıda təşkil edilən beynəlxalq yarışlar çox yüksək səviyyədə keçirilir:

"Dəfələrlə bildirmişəm ki, Bakıda Milli Gimnastika Arenasında keçirilən yarışlar hər cür tərifə layiqdir".

Qeyd edək ki, 16-17 fevral tarixlərində Bakıda batut gimnastikası və tamblinq üzrə ilin ilk Dünya Kuboku keçirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/731404.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR