UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin növbəti oyunu keçirilib.
Metbuat.az-ın məlumatına görə, raundun ikinci matçında Dortmund "Borussiya"sı Almaniyada Fransanın PSJ kollektivini qəbul edib. Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib - 1:0.
Yeganə qolu 36-cı dəqiqədə Niklas Füllkruq vurub. Tərəflər arasındakı cavab oyunu mayın 7-də gerçəkləşəcək.
Qeyd edək ki, ötən gün "Bavariya" yarımfinalın ilk matçında Almaniyada İspaniyanın "Real" klubu ilə heç-heçə edib - 2:2.