Eşq həyatının ən şanslı bürcü onlardır

Astroloqlara görə, elə bürclər var ki, sevgi münasibətlərində göstərdikləri davranışlara görə digərlərindən seçilirlər. Bu da, onları şəxsi münasibətlərdə daha uğurlu və romantik edir.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, həmin bürclər bunlardır:

Balıqlar - bu bürc altında doğulan insanlar bəzən kobud davranışlar sərgiləyə bilirlər, lakin əslində çox anlayışlı və düşüncəli olurlar. Onunla münasibət qursanız, daim humanist addımlarla qarşı-qarşıya qalacaqsınız.

Xərçəng - onlar əsl fədakardır. Bu bürc altında doğulan insanlar sevdikləri insan üçün hər şeyi fəda edə bilərlər. Odur ki, sevgi münasibəti qurmaq üçün ən ideal bürclərdən hesab olunurlar.

Əqrəb - sevgi münasibətlərində onların sadiqliyi ön plana çıxır. İnsanlarla ünsiyyətdə kobud və eqoist ola bilirlər. Lakin sadiqlikləri onları ideal yoldaş edir. Onlarla həm əylənmək, həm də uzun müddət keçirmək xoşdur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı