Bakıda yanğın olub, 15 nəfər təxliyə edilib

Bakı şəhərinin Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub.

Metbuat.az FHN-ə istinadən xəbər verir ki, binanın şaxtasından keçən kommunikasiya xətləri 6 p.m yanıb.

Yanğın zamanı 15 nəfər (o cümlədən 7 nəfər azyaşlı) bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib, liftdə qalan 2 nəfər xilas edilib.

Kommunikasiya xətlərinin qalan hissəsi və mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Sabah hava belə olacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR