Maksim Medvedev: "Yığmanın üzvlərindən kimsə Nikola Yurçeviçlə ünsiyyət qurmayıb"

Maksim Medvedev: "Yığmanın üzvlərindən kimsə Nikola Yurçeviçlə ünsiyyət qurmayıb"
00:07 18 Fevral 2019
93 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 17 fevral. REPORT.AZ/ "Düzü, yeni baş məşqçi haqqında çox şey bilmirəm. Milli üzvlərindən kimsə onunla ünsiyyət qurmayıb. Yəqin ki, necə baş məşqçi olduğu və hansı futbolu tələb etdiyi toplanışda məlum olacaq".
"Report"un məlumatına görə, bunu "Qarabağ" klubunun futbolçusu Maksim Medvedev Nikola Yurçeviçin Azərbaycan millisinə baş məşqçi təyinatını şərh edərkən deyib.
Eyni zamanda yığma üzvü olan təcrübəli müdafiəçi çempionatın gedişində Yurçeviçin tanışlıq xarakterli təlim-məşq toplanışı təşkil etmək istəyinə belə reaksiya verib: "Bu, bir tərəfdən yaxşıdır ki, oyundan qabaq baş məşqçi ilə çox vaxt keçirərik. Amma çempionatın qrafikinin dəyişməsi də yaxşı hal deyil".
Daha əvvəl Azərbaycan milli komandasının yeni baş məşqçisi Nikola Yurçeviç bildirib ki, Azərbaycan millisində seçimin geniş olmaması problemi var.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/maksim-medvedev-millinin-yeni-bas-mesqcisinden-danisib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR