Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda maraqlı anlar (FOTO)

Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda maraqlı anlar (FOTO)
00:15 18 Fevral 2019
60 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Bakıda 16-17 fevral tarixlərində batut gimnastikası və tamblinq üzrə ilin ilk Dünya Kuboku keçirilib. Trend-in məlumatına görə, turnirdə 30 ölkədən 160-dan çox gimnast iştirak edib. Azərbaycanlı gymnast Mixail Malkin Kubokun gümüş medalını qazanıb.

Tokio Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyan və batutçular üçün ilin ən vacib startlarından biri olan bu Dünya Kubokunda Vladislav Qonçarov, Rozanna Maklennan, Ceyson Börnett, Dun Dun, Qao Ley, Dmitri Uşakov və Peyc Brioni kimi Olimpiya ulduzları mübarizə aparıb.

2019 və 2020-ci illərdə Tokio Olimpiya Oyunlarına batut gimnastikası üzrə təsnifat xarakterli 6 Dünya Kuboku keçiriləcək. Paytaxtımız gələn il bu kuboklardan daha birinə də ev sahibliyi edəcək.

Xatırladaq ki, ötən il Bakıda 26 ölkənin iştirakı ilə gimnastikanın bu növü üzrə Avropa çempionatı, daha öncəki illərdə isə Dünya kubokları (2016-cı il 17 ölkə, 2017-ci il 15 ölkə) keçirilib.

Trend turnirin maraqlı məqamlarını təqdim edir.

FOTO - Zaur Mustafayev

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3020897.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR