Abşeron rayonunun Mehdiabad qəsəbəsində yanğın olub.

Metbuat.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 100 m² olan birmərtəbəli 4 otaqlı evin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 30 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Temperatur enəcək, qar yağacaq - XƏBƏRDARLIQ - Oxumaq üçün tıkla