Tarix xalqların keçmişi, yaşayışı, mədəniyyəti, coğrafi yerləri, adət-ənənələri barədə məlumatları özündə birləşdirən və günümüzə gəlib çatmış qiymətli mənbələrdir. Bəziləri tarixdə riyakar, mənfur, yalançı, bəziləri isə igid, qəhrəman, qonaqpərvər və humanist xalq kimi yaddaşlara yazılıb. Hər bir xalqın keçmişinin yaxşı və ya pis anılması onun tarixi inkişaf yolunda qonşu xalqlara qarşı münasibətilə xarakterizə olunur.
Mənfur qonşularımız ermənilər xalqımıza qarşı törətdikləri iyrənc əməllərlə, vəhşiliklərlə vandalizm tarixində yeni səhifələr açdılar. Onlar əliyalın, dinc, silahsız və ən əsası günahsız insanlara - yaşlı, cavan, uşaq, qadın, fərq qoymadan, gözlərini belə qırpmadan işgəncə verib, əzabla öldürdülər. Tarixi abidələrimizi yerlə yeksan etdilər. Cənnətməkan Qarabağımızı yaşanılmaz bir xarabalığa çevirdilər. Ermənilər haqqında dünya tarixçilərinin, yazarlarının və dahilərinin dedikləri də bir daha təsdiq edir ki, onlar bəşəriyyətdə özlərinə yer tapa bilməyən şər xislətli qövmdürlər. Erməni hiyləsinə qurban olmasınlar deyə müəlliflər bunu ən sərt sözlərlə dünyaya car çəkiblər:
“Ermənilər dünyanın ən pis ağdərili nökərləridir. Onlar şərəfsizdirlər. Onların oğruluqları çox məşhurdur. Onlar yalnız qorxu və kötək altında sakit olurlar”.
Adam Mets (İsveç səyyahı).
“Erməni yer üzünün ilanı, insanlığın düşmənidir”.
Sədi Şirazi (Məhşur fars şairi).
Keçmişi minilliklərə dayanan xalqımız hər zaman öz mədəniyyəti, igidliyi, humanistliyi və tolerantlığı ilə qonşu xalqları qısqanmağa məcbur edib. Ancaq, bütün tarix boyu onları cəlb edən, göz dikdikləri təkcə mədəniyyətimiz deyil, eyni zamanda, zəngin yeraltı və yerüstü sərvətlərimiz olub. Dəfələrlə acgöz qonşuların hücumuna məruz qalmış, illərlə imperiyaların tərkibində yaşamış, lakin sonda yenə də öz müstəqilliyimizi qazanaraq, tarixi həqiqəti bərqərar etmişik.
Tarix boyu yadelli işğalçıların hücumlarına məruz qaldıq. Ancaq düşmənlər əzmimizi qıra bilmədi, biz daha güclü olmağı, etdiyimiz səhvləri bir daha təkrarlamamağı öyrəndik. Təslim olmadıq, yağılara baş əymədik. Heç vaxt əsarət altında yaşamağı özümüzə layiq bilmədik. Mübarizliyimiz, dönməzliyimiz və qanımız bahasına da olsa azadlığımızı qazanmağa nail olduq.
Torpaqlarımızda axıdılan şəhid qanları, adını tarixə yazdırmış igidlərimizin şücaətləri və qəhrəmanlıqları bunu deməyə əsas verir ki, uşaqdan böyüyə hər bir azərbaycanlı öz şərəfli tarixi ilə fəxr etməlidir. Mədəniyyəti dolğun, keçmişi zəngin olan bir millətin öyünməyə haqqı var.
DİN-in Daxili Qoşunlarının hərbi qulluqçusu, gizir Ariz Aslanov / Metbuat.az