Rusiya Ermənistana 100 milyon dollarlıq silah krediti verə bilər - Erməni nazir AÇIQLADI

Rusiya Ermənistana 100 milyon dollarlıq silah krediti verə bilər - Erməni nazir AÇIQLADI
11:38 18 Fevral 2019
86 Digər
Ölkə mətbuatı
A- A+

Ermənistan 100 milyon dollarlıq cari razılaşmanın reallaşdırılmasından sonra Rusiyadan yeni silah krediti ala bilər.

Publika.az xəbər verir ki, bu haqda “IDEX-2019” müdafiə sərgisinin gedişatında Ermənistanın müdafiə naziri David Tonoyan bildirib.

“Bu, mümkündür. Silahların nomenklaturası haqqında danışmaq hələ tezdir”, - o, jurnalistlərə açıqlamada deyib.

Xatırladaq ki, 2015-ci ilin iyununda Rusiyanın Ermənistana 200 milyon dollarlıq kredit sazişi üzrə hərbi məhsualların verilməsi ilə bağlı iki ölkə arasında saziş imzalanıb. Kredit sazişinə uyğun olaraq Ermənistana 200 milyon dollarlıq silahın verilməsi 2018-ci ilin yayında tamamilə başa çatıb.

2017-ci il oktyabrın 24-də İrəvanda Ermənistanla Rusiya arasında 100 milyon dollarlıq kredit sazişi imzalanıb. Kredit sazişi 2017-ci ilin noyabrında Ermənistan parlamenti tərəfindən təsdiqlənib.

Razılaşma layihəsində göstərilir ki, Ermənistana ayrılması nəzərdə tutulan 100 milyon dollarlıq hərbi kredit 15 il müddətinə (2023-2037) illik 3 faizlə veriləcək. Ermənistan kredit vasitələrindən 2018-2022-ci illərdə istifadə etməlidir. Bundan başqa, Ermənistanla bağlanan müqavilələrin dəyərinin 10 faizini avans ödəmə şəklində birgə maliyyələşdirmə məsələsi nəzərdə tutulub.

Bu günlərdə Ermənistan Müdafiə Nazirliyindən bildirilib ki, 100 milyon dollarlıq hərbi kredit çərçivəsində silahların əldə edilməsi prosesi reallaşma mərhələsindədir.

Ömər


Xəbərin orijinal ünvanı: https://publika.az/news/mdb/269973.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR