2018-ci ildə 138 982 nəfər doğulmuş körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 14,2 təşkil edib.

Dövlət Statistika Komitəsindən Metbuat.az-a verilən məlumata görə, körpələrdən 2752-si əkiz, 117-si isə üçəm doğulanlardır. Bu göstərici Dağlıq Şirvan (əhalinin hər min nəfərinə 16,3), Lənkəran, Aran və Quba-Xaçmaz (15,4), Yuxarı Qarabağ və Kəlbəcər-Laçın (14,6) iqtisadi rayonlarında ölkə səviyyəsindən yüksək olub.

Ötən il ölkədə 57250 ölüm halı qeydə alınıb və ölüm səviyyəsi əhalinin hər 1000 nəfərinə 5,8 təşkil edib.

Sabah hava belə olacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla