Məşhur yarış zamanı 18 avtomobil toqquşub

Məşhur yarış zamanı 18 avtomobil toqquşub
16:37 18 Fevral 2019
78 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 18 fevral. REPORT.AZ/ "Monster Energy NASCAR Cup — Daytona 500" seriyalı yarış zamanı 18 avtomobil qəzaya düşüb. 
"Report"un məlumatına görə, maşınlar sıx qrupla hərəkət etdikləri vaxt onlardan 2-si - "Ford" və "Toyota" toqquşub. Bu səbəbdən, trekdə kütləvi qəza yaşanıb. Qəzada ümumilikdə 18 pilot iştirak edib. Çoxsaylı toqquşmalarla əlaqədar trasda qığılcım və tüstülənmələr olub. 
Sürücülərdən heç biri xəsarət almayıb. Yarış bir müddətlik dayandırılıb və sonra davam etdirilib. 

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/meshur-yaris-zamani-18-avtomobil-toqqusub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR