Azərbaycan istehsal etdiyi hərbi təyinatlı məmulatların ixracına dair danışıqlar aparır

Müdafiə Sənayesi Nazirliyinin nümayəndə heyəti fevralın 17-dən 21-dək Əbu-Dabidə keçirilən “İDEX-2019” 14-cü Beynəlxalq Müdafiə Sərgi və Konfransında iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) səfərdədir.

Nazirlikdən Metbuat.az-a verilən məlumata görə, tədbirə qatılan nümayəndə heyətinin sərgi çərçivəsində Tükiyənin “MKEK”, Rusiyanın “Rosoboronexport”, Serbiyanın “Yugoimport”, Birləşmiş Ərəb Əmirliklərinin “Mobile Land Systems” və “Tawazun”, Səudiyyə Ərəbistanı Krallığının “Military İndustries Corporation” şirkətlərinin rəhbər və nümayəndələri ilə görüşləri olub. Görüşlərdə hərbi-texniki sahədə əməkdaşlığın inkişaf etdirilməsi və Azərbaycan istehsalı olan hərbi təyinatlı məmulatların ixracına dair müvafiq danışıqlar aparılıb.

“İDEX” sərgisi Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Xəlifə bin Zayed Al Nəhyanın himayəsi altında BƏƏ-nin Müdafiə Nazirliyinin dəstəyi ilə keçirilir.

Sərgi işini fevralın 21-dək davam etdirəcək.

Sabah hava belə olacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR