"Ölkələr Azərbaycan tolerantlıq modelini nümunə götürməlidir"

Almaniyadakı Berlin Humboldt Universitetində beynəlxalq münasibətlərin tarixi və sosiologiya üzrə təhsil alıram. Eyni zamanda, Almaniya və Azərbaycan dövlətlərinin münasibətləri ilə bağlı tədqiqat aparıram. Bu istiqamətdə məqalələrim müxtəlif nəşrlərdə dərc olunub. Mən Azərbaycana, Quba rayonuna gəldikdən sonra buradakı tolerantlıq modeli barədə fikirlərimi daha da təkmilləşdirdim. Ölkənizdə müxtəlif konfessiyaların, xalqların və etnosların qarşılıqlı anlaşma şəraitində yaşaması diqqətimi çəkdi.

Metbuat.az xəbər verir ki, bu sözləri “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” adlı VIII Beynəlxalq Multikulturalizm Qış Məktəbi layihəsinin Almaniyadan olan iştirakçısı Urs Unkauf söyləyib.

Almaniyalı iştirakçı dünyanın 16 ölkəsinin aparıcı universitetlərində təhsil alan tələbələrin cəlb olunduğu layihənin əhəmiyyətini yüksək qiymətləndirib.

“Biz Azərbaycanda dini və etnik müxtəliflik barədə mühazirələr dinlədik. Ölkənizin necə zəngin multikultural dəyərlərə malik olduğunu öyrəndik. Bir çox dünya ölkələri Azərbaycan tolerantlıq modelini nümunə götürməlidir”, - deyə Urs Unkauf bildirib.

Azərbaycanda qar sabah da davam edəcək - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR