Avstraliyada "smaylik"li avtomobil nömrələrinin istifadəsinə icazə verilib

Avstraliyada "smaylik"li avtomobil nömrələrinin istifadəsinə icazə verilib
08:42 24 Fevral 2019
91 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 24 fevral. REPORT.AZ/ Avstraliyanın ştatlarından birində "smaylik"li avtomobil nömrələrinin istifadəsinə icazə verilib.
Bu barədə "Report" "Kommersant.tu"ya istinadən xəbər verir.
Bildirilir ki, martın 1-dən Avstraliyanın Kvinslend ştatının sakinləri öz avtomobillərinin nömrə nişanlarına emosiya işarələrini əlavə edə biləcəklər. "Personalised Plates Queensland" (PPQ) dövlət şirkətindən bildirilib ki, köhnə nömrənin dəyişikliyi üçün yenilik ştat sakinlərinə 85 dollara başa gələcək. Yeni qeydiyyat nişanları üçün bu rəqəm 475 dollara qədər artacaq.
Yeni avtomobil nömrələrində "smaylik"lərin yalnız beş növünə icazə verilib. Bunlar gülümsəyən, göz vuran, aşiq, gün eynəkləri və gülüşdən kövrələn emosiyalardır. 

Xəbərin orijinal ünvanı: https://report.az/maraqli/avstraliyada-smaylik-li-avtomobil-nomrelerinden-istifade-edilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR