Bir çoxumuz siqaret vərdişindən, ətraf-mühitin kirliliyindən və soyuqdəymə kimi bir çox səbəblərdən öskürək problemləri yaşayırıq.

Metbuat.az bildirir ki, çox zaman istifadə etdiyimiz öskürək siropları da fayda vermir və problemi başqa yollarla həll etməyə çalışırıq.

Evdə istifadə edəcəyimiz alternativ tibb üsullarından biri də bal sarğısıdır. Bu üsuldan istifadə edənlər çox faydalı olduğunu və tez bir zamanda öskürəkdən xilas olduqlarını bildiriblər.

Bal sarğısını hazırlamaq üçün lazım olan materiallar:

Təbii bal

Hindistan qozu yağı

1 çay qaşığı un

Salfet və ya bez

Unu və balı qarışdırın. Hindistan qozu yağını ilıq halda qarışıma əlavə edin. Qarışımı üzərinə tökün və sinənizə yapışdırın.

Yetişkin insanlar bal sarğısını gecə yatarkən yapışdırıb səhərə qədər gözlətməlidir. Uşaqlar isə yatmazdan bir neçə saat əvvəl yapışdırmalı və yatarkən çıxartmalıdır.

Öskürəyiniz keçənə qədər hər gecə bu üsulu tətbiq edin.

Hər ehtimala qarşı həkimlə məsləhətləşməyi unutmayın.

Öksürük ve balgamdan kurtaran doğal yöntem!

https://metbuat.az/news/1131201/tibb-dunyasinda-bi...