Bakıda sərxoş şəxslər binanın damına çıxdı və... – GECƏYARISI QORXUNC ANLAR

Bakıda sərxoş şəxslər binanın damına çıxdı və... – GECƏYARISI QORXUNC ANLAR
10:28 27 Fevral 2019
68 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda intihara cəhd etmiş şəxslər xilas edilib.

Publika.az xəbər verir ki, ötən gecə saat 02:30 radələrində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nizami rayonunda iki nəfərin beşmərtəbəli binanın damına çıxaraq intihar etmək istəyini nümayiş etdirməsi barədə müraciət daxil olub.

Dərhal hadisə yerinə müvafiq xilasetmə qüvvələri cəlb olunub. Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb. Vətəndaşlarla aparılan psixoloji söhbətlər nəticəsində onlar, özlərinə qəsd etmək fikrindən daşınıblar.

Qara Qarayev prospektində yerləşən binanın damından aşağı endirilərək əraziyə cəlb edilmiş təcili yardım xidmətinə və polisə təhvil verilən şəxslərin 1990-cı il təvəllüdlü Kamal Əhmədov və 1972-ci ildə anadan olmuş Elnur Məmmədov olması müəyyənləşdirilib. Məlum olub ki, hər iki şəxs bir neçə gün əvvəl cəzaçəkmə məüssisəsindən çıxıb və görüşərək birgə spirtli içki qəbul ediblər. İki dost daha sinra gecə saat 02 radələrində binanın damına çıxaraq intihar etmək qərarına gəliblər.

Hər iki şəxs ağır sərxoşluq vəziyyətində olduğundan onlar intihar etmək niyyətləri ilə bağlı aydın fikir bildirə bilməyiblər. Məlum olub ki, hər iki şəxs həmin binada yaşamır.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/crime/270991.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR