Müğənni Səidə Sultan "Xəzər" radionun qonağı olub.
Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi "Meni zindanda goren aglasin" mahnısını oxuyub. Videosunu izləyiciləri ilə bölüşən Səidə bildirib ki, bu, "blatnoy" mahnıdı:
"Bilməyənlər də bilsin, bu, "blatnoy" mahnidir. Musiqinin, mahnının xarakterini düzgün seçməyi, görməyi bacarın. Yoxsa "farsi", "arabi", "hindistani", "misqidi, danna, diq-dida"... Təki pul qazanim deyə, sənətimə heç vaxt xəyanət etmədim".
Qeyd edək ki, son günlər meyxanaçı Pərviz Bülbülə, müğənni Türkan Vəlizadə, Afət Fərmanqızı mahnılarda hind, fars musiqilərindən istifadə edirlər.
Milli.Az