"Əgər vətəndaş 0,78 məzənnə ilə dollar krediti götürübsə, devalvasiyadan sonra krediti yüksək məzənnə ilə ödəyibsə, iki məzənnə arasındakı fərqi geri alacaq".

Milli.Az Baku.ws-yə istinadən bildirir ki, bu sözləri Mərkəzi Bankın baş direktoru Rəşad Orucov REAL TV-nin canlı efirində prezidentin problemli kreditlərlə bağlı imzaladığı fərmanın müzakirəsi zamanı deyib:

"Söhbət devalvasiya zamanı götürülən dollarla kreditlərdən gedir. Devalvasiyadan öncə və sonra götürülən kreditlərə kompensasiya nəzərdə tutulmayıb. 10 min dollardan çox olan kreditlərə də bu güzəştlər şamil edilmir".

Milli.Az