Moskvanın cənub-şərqində iki qız Yəməndən olan üç kişinin boyun nahiyəsinə bıçaq xəsarəti yetirib.

Milli.Az report-a istinadən bildirir ki, hadisə münaqişə zəminində baş verib.

Bildirilir ki, kişilər ağır vəziyyətdə xəstəxanaya çatdırılıblar.

1994 və 1998-ci il təvəllüdlü qızlar polis tərəfindən saxlanılıb. Onların hər ikisinin əvvəllər sağlamlığa ağır zərər yetirmə səbəbindən məhkum olunduğu məlum olub.

Qızlar və kişilər arasında fikir ayrılığının səbəbləri hələ ki, məlum deyil.

Milli.Az