Şahdağ Qış-Yay Turizm Kompleksində bədbəxt hadisə baş verib. Xarici şirkət əməkdaşlarından biri xəstəxanaya yerləşdirilib.

Səhiyyə Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, Şepelyov Nikita Mixayloviç qaraciyər, böyrək, dalaq, bağırsağın ağır xəsarətləri, çoxlu qanitirmə və ağır travmatik şok diaqnozu ilə Qusar rayon mərkəzi xəstəxanasına daxil olub. O, əməliyyat olunub. Həkimlər yaralının həyatını xilas edə biliblər.

Qeyd edək ki, Şepelyov Nikita Mixayloviç Səhiyyə Nazirliyinə və Qusar Mərkəzi Rayon Xəstəxanasına minnətdarlıq məktubu ünvanlayıb. Faktla bağlı Qusar rayon prokurorluğunda araşdırma aparılır.

Aysel Yaqubqızı / Metbuat.az

Ağa Musa Nağıyevin vəfatının 100 illiyinə həsr olunan tədbir keçirilib - FOTOLAR