Bakı. Trend:

Almaniya Səudiyyə Ərəbistanına silah satışı ilə bağlı embarqonun müddətini uzadıb.

Trend-in məlumatına görə, bunu Almaniya Federativ Respublikasının xarici işlər naziri Hayko Maas bəyan edib.

O bildirib ki, embarqonun müddəti mart ayının sonunadək uzadılıb.

Nazir bu qərarı Yəməndəki hadisələrlə əlaqələndirib: "Rəsmi Berlin Yəməndəki münaqişəyə tez bir zamanda son verilməsində israrlıdır".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin