Qarabağda müharibə XƏBƏRDARLIĞI, Türkiyəyə qarşı SENSASİON PLAN... – GÜNÜN SİYASİ XÜLASƏSİ
Paylaş
134 baxış·5 dəq oxu
Xarici İşlər Nazirliyi Ermənistan baş nazirinin
Brüsselə səfəri çərçivəsində ölkəmizin işğal olunmuş ərazilərində
yaradılmış separatçı rejimin danışıqlar prosesində iştirakı ilə
bağlı səsləndirdiyi fikirlərə cavab verib.Ermənistanda
daxili qarşıdurma getdikcə kəskinləşir.Amerika hərbçiləri
“S-400” zenit-raket komplekslərini “F-35” qırıcıları üçün təhlükə
adlandırıblar.Türkiyə İranla birgə PKK-ya qarşı əməliyyat
keçirəcək.
Ermənistan baş nazirinin Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsi üzrə aparılan danışıqların formatını
dəyişmək arzusu ATƏT-in Minsk Qrupunun, xüsusilə də onun Rusiya,
ABŞ və Fransadan olan həmsədrlərinin fəaliyyətini məhv etmək kimi
nəzərdən keçirilə bilər.
Ermənistanda daxili qarşıdurma getdikcə kəskinləşir.
Bu kontekstdə Rusiya Jurnalistlər Birliyinin sədri Vladimir
Solovyovun canlı efirdə səsləndirdiyi fikirlər diqqət
çəkdi. Sovolyov qeyd etdi ki, Ermənistanda mövcud
olan ziddiyyətlər erməni cəmiyyətinin parçalanmasına gətirib
çıxaracaq: “Bu parçalanma Qarabağ üzərində nəzarətin itirilməsi ilə
nəticələnəcək. Bu, qorxunc faciə olacaq, minlər, bəlkə də
yüzminlərlə insan məhv olacaq. Qarabağda nəzarəti itirən Ermənistan
özü də yox olacaq”.
Rusiyalı ekspert Nikita İsayev bu fikirləri şərh edib.
Rusiyadan Qarabağda qorxunc müharibə XƏBƏRDARLIĞI: Yüzminlərlə insan məhv olacaq və...
Boltonun tövsiyələrinə qulaq assa, o zaman
Ermənistan öz taleyinə ağlamalı olacaq. Bunu “Sputnik
Ermənistan”a açıqlamasında Rusiya Dumasının MDB, Avrasiya
İnteqrasiyası və Həmvətənlərlə İş üzrə Komitəsinin sədr müavini
deputat Konstantin Zatulin deyib.
“Ermənistan müstəqil dövlətdir. O öz siyasətini istədiyi formada
qurur. Biz öz növbəmizdə bu davranışı qiymətləndirmək haqqına
sahibik və dəyərləndiririk. Bu gün Nikol Paşinyan Brüsseldədir.
Başa düşürük ki, Ermənistan fərqli ölkələrlə yaxşı münasibətlərə
sahib ola bilər. Əgər cənab Boltonun tövsiyələrinə kor-koranə əməl
etsə, o zaman Ermənistan “erməni soyqırımı”nın tanınmasının
dəstəklənməsi proqramını kiçiltmək məcburiyyətində qalacaq.
Ermənistan özünün İranla münasibətlərini qırmalı və ABŞ-ın
formalaşdırdığı antiiran cəbhəsinə daxil olmalı olacaq. Əgər
Ermənistanda bu yolla gedəcək dəlilər varsa, o zaman mən indidən
onların və Ermənistanın taleyinə ağlayıram. Rusiya Ermənistan üçün
müttəfiq, iqtisadi tərəfdaş və əvəzedilməz ölkədir”, – deyə o
bildirib.
Ermənistan İsrailin Azərbaycana silah verməsinin
dayandırılmasını istəyir, lakin bunu İsraillə münasibətlərin
yaxşılaşdırılması üçün şərt olaraq irəli sürmür. Bu
sözləri “Yerusalem Post”a müsahibəsində Ermənistan Xarici İşlər
nazirinin müavini Qriqor Ovanisyan deyib.
O bildirib ki, Ermənistan İsrailin ABŞ və Avropa ölkələrinin bir
çoxu kimi Azərbaycana silah satmamasını yüksək qiymətləndirər.
Nazir müavini Dağlıq Qarabağ münaqişəsinin hərb yolu ilə
həllinin olmadığını və İsrailin silah satışının silahlanma yarışına
səbəb olduğunu vurğulayıb:
“Biz çox zəngin ölkə deyilik, ancaq hər dəfə Azərbaycan
İsraildən texnika alanda öz ümumi daxili məhsulumuzun əhəmiyyətli
bir hissəsini müqavimətə görə ayırmalı oluruq”.
Türkiyə ilə ABŞ arasında gərginliyin əsas
maddələrindən olan “F-35”-lərlə bağlı Ankaraya yeni bir təhdid
gəldi. “F-35”-lərin Türkiyəyə təsliminə qısa müddət qalmış ABŞ
Senatından “verməyin” çağırışına son olaraq Avropadakı ən yüksək
rütbəli amerikalı komandanı ünvanına sahib ABŞ-ın Avropa Müttəfiq
Qüvvələrinin (SACEUR) ali komandiri Körtis Skaparotti dəstək
verdi. ABŞ “F-35”-ləri Türkiyəyə verməzsə, Ankaranın
hansı alternativləri olacaq?
Bu suala cavab tapmağa çalışan Türkiyənin “Yeni Şəfəq” nəşri bir
neçə alternativ göstərib.
“F-35”-lər verilməyəcək və... - ABŞ-la İsrailin Türkiyəyə qarşı SENSASİON PLANI - FOTO/VİDEO
Amerika hərbçiləri “S-400” zenit-raket
komplekslərini “F-35” qırıcıları üçün təhlükə
adlandırırlar. Bu haqda “Business Insider” portalı
yazıb.
ABŞ-ı QORXU BÜRÜDÜ: Türkiyə “S-400” alarsa…
Türkiyə PKK-ya qarşı İranla birgə əməliyyat
keçirəcək. Bu haqda Türkiyənin xarici işlər naziri
Süleyman Soylu bildirib.
“Bu istiqamətdə addımlar atmağa çalışırıq. Qarşılıqlı kəşfiyyat
dəyərləndirməsi müzakirə mövzusudur”, - o deyib.
Nazir hazırda ölkədə 700-dən çox terrorçunun olduğunu deyib:
“Terrorçuların ölkəyə girişi çox azdır. Yanvar ayından etibarən
ölkəyə 12 nəfər gəlib. Sərhəddə ciddi təhlüsizlik tədbirləri
görülür”.
Süleyman Soylu PKK-nın tarixinin ən çətin dövrünü yaşadığını
söyləyib.
ABŞ İranın süqutuna nail ola bilmədi, ancaq onların
fəaliyyəti İran xalqı və ölkə iqtisadiyyatı üçün problemlər
yaratdı. Bu sözləri İran Prezidenti Həsən Ruhani
deyib.
“Düşmən bizə diz çökdürmək, müqavimətimizi qırmaq istədi, İran
xalqına qarşı sui-qəsdlər hazırladı. Ancaq bu planlar süquta
uğradı”, - Ruhani bildirib.
“Raytheon” müdafiə şirkəti ABŞ Müdafiə Nazirliyinin
(Pentaqon) sifarişi ilə hipersonik silah proqramını inkişaf
etdirəcək. Bu haqda şirkətin rəsmi saytında
bildirilir.
Müqavilənin məbləği 63,3 milyon dollardır.
Xatırladaq ki, martında Rusiya prezidenti Vladimir Putin Orta və
kiçik mənzilli raketlərin ləğvi haqqında Müqavilənin icrasının
dayandırılması haqqında fərmanı imzalayıb. Bunun ABŞ və Rusiya
arasında silahlanma yarışına səbəb olacağı bildirilir.
ABŞ-da hazırlanan “Kremlin təcavüzündən ABŞ-ın
təhlükəsizliyinin müdafiəsi Haqqında” qanun layihəsi sanksiyaların
yeni paketinin tətbiqini güman edir və onlar Rusiyanın qaz sahəsinə
itki vura bilər. Bu haqda “Vedomosti” nəşri
yazıb.
Hərçənd, sənəddə birbaşa yalnız Rusiyanın xaricdə və ölkə
daxilində həyata keçirdiyi SPQ (mayeləşdirilmiş qaz –red.)
layihələri xatırlanır.
Sənədə əsasən, ABŞ prezidenti Donald Tramp SPQ layihələrinə
istənilən sərmayələrə qarşı sanksiyaları tətbiq edə biləcək.
Həmçinin sənəd Rusiyada neftçıxarma üzrə yeni layihələrdə iştirak
üçün sanksiyalar nəzərdə tutulur.
ABŞ-ın yaxın və orta mənzilli raketlərin ləğvi
razılaşmasından çıxması operativ vəziyyəti yaxşı tərəfə
dəyişmir. Bunu Federal Təhlükəsizlik Xidmətinin
kollegiyasında çıxışı zamanı Rusiya Prezidenti Vladimir Putin
deyib. O, Rusiya sərhədlərində NATO-nun hərbi infrastrukturunu
genişləndirməyə davam etdirdiyini bildirib.
Putin həmçinin ABŞ-ın yaxın və orta mənzilli raketlərin ləğvi
razılaşmasından çıxmasının beynəlxalq təhlükəsizlik sferasındakı
bütün razılaşmalar sisteminin zəiflədilməsinə yönələn addım
olduğunu deyib.