Bakı, 4 may, AZƏRTAC
Respublika ərazisində xüsusi razılıq (lisenziya) əsasında fəaliyyət göstərən mehmanxanaların sayı 324-ə çatıb.
AZƏRTAC xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyi aprel ayında bir sıra mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyətinə lisenziya verib.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, lisenziya alanlar arasında fiziki şəxslər Zeynalova Natəvan Hüsü qızı, Zeynalov Vidadi Zeynal oğlu və Allahyarov Natiq Nurəli oğlu, həmçinin “Təhsil İstirahət Mərkəzi”, “Şərədil otel”, “Dəmirağac-B”, “Horizon Turizm Agentliyi” və “Gilan” Məhdud Məsuliyyətli Cəmiyyətləri var. Bununla da lisenziya əsasında fəaliyyət göstərən mehmanxanaların sayı 324-ə çatıb.