“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Britaniya baş naziri aparatının rəhbəri Devid Lidinqton deyib.
Onun sözlərinə görə, Mey və Yunker London və Brüssel arasında Britaniyanın Avropa İttifaqı tərkibindən çıxmağa dair sövdələşməyə hüquqi cəhətdən dəyişiklik etmək öhdəliyini təmin ediblər.
O həmçinin əlavə edib ki, Britaniya hökuməti ölkə parlamentinə iki yeni sənəd təqdim etmək niyyətindədir.