Hollandiyanın Utrext şəhərində silahlı hücum baş verib.

Publika.az Axar.az-a istinadən xəbər verir ki, Utrextdəki atışma nəticəsində 3 nəfər ölüb, bir neçə nəfər isə yaralanıb.

Bundan əlavə, Hollandiyada tramvayda atəş açan şəxsin türk əsilli Hollandiya vətəndaşı, 37 yaşlı Gökman Tanis olduğu açıqlanıb.

Polis G.Tanisi saxlamaq üçün əməliyyat keçirir.