​Evli kişiylə oteldə görüşdü

Həm sevgilisi ilə birlikdə olan, həm də evli bir kişi ilə əlaqəsini davam etdirən ingilis aktrisa Charlotte Kirkin ortaya çıxan mesajları Hollywoodda gündəm olub. Sevgilisinə “xoş biri deyil, sadəcə mənimlə birlikdə olmaq istəyir, başqa heç bir şey demədi” şəklində mesaj göndərən Kirk, evli adama isə “moteldə səninlə cinsi əlaqəyə girdikdə mənə yardım edəcəyini demişdin, amma məni görməzlikdən gəlirsən” sözlərini yazdığı ortaya çıxıb.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, Hollywoodda bir aktrisa ilə “Warner Bros”un müdiri Kevin Tsujihara arasında baş verənlər, gündəmə bomba kimi düşüb.

İngilis aktrisa Charlotte Kirkün Tsujihara ilə cinsi əlaqəyə girdiyi və bütün bunlardan Kirkün o vaxtki sevgilisinin xəbərdar olduğu ortaya çıxıb.

Milyarder film prodüseri Jeyms Packer, illər əvvəlki qalmaqal zamanı Kirkün sevgilisi idi.

Packer, ingilis aktyora göndərdiyi mesajda "sənə həyatının fürsətini verirəm. “Bel Air” mehmanxanasına gəl" deyib, həyatında görüşəcəyi ən mühüm kişini təqdim edəcəyi sözünü verib. Packerın sözünü etdiyi şəxs isə “Warner Bros”un müdiri Kevin Tsujihara olub.

Mesajları üzə çıxdıqdan sonra ingilis mətbuatına danışan Charlotte Kirk, səhv seçimlər etdiyini deyib: " Filmdə rol almaq üçün yaşanmış bir cinsi əlaqə değildi. Kevin bəlkə elə düşünüb. Əgər bir kişi olsaydım, kürəyim sıvazlanırdı. Ancaq gənc bir qadın olduğum üçün mənsəbpərəstliklə günahlandırıldım. Qadınlar güclü kişiləri sevir, güc cəlbedicidir. Kevini ona görə sevdim, aramızda bir kimya vardı. Bu hadisələrin karyeramı bitirməsinə icazə vermeyecem. Xətalarım mənə çox şey öyrətdi və böyüdüm”.

Nİgar Camal Murad Qulubəyli ilə klip çəkdirib - VİDEO


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR