Paşinyan “Putinin NATO-su”na faciəvi ssenari yazdı: Dağılacaq, əgər...

Paşinyan “Putinin NATO-su”na faciəvi ssenari yazdı: Dağılacaq, əgər...
22:57 19 Mart 2019
98 Dünya
Ölkə mətbuatı
A- A+

Ermənistanın razılığı olmadan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) yeni baş katibi təyin edilməyəcək.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, belə bəyanatla ölkənin baş naziri Nikol Paşinyan çıxış edib.

"Ermənistanın razılığı olmadan yeni baş katib təyin edilə bilməz, əks təqdirdə bu, onu bildirəcək ki, bu struktur mövcud deyil. Bu məsələ təşkilatın üzvləri (Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan -red.) tərəfindən müzakirə edilir", - Paşinyan deyib.

Baş nazirin sözlərinə görə, İrəvanın mövqeyi ondan ibarətdir ki, erməni baş katibinin səlahiyyətlərinin vaxtından əvvəl dayandırmasından sonra bu post Ermənistanda qalmalıdır.

Qeyd edək ki, Ermənistanın nümayəndəsi olan Yuri Xaçaturov ötən il vaxtından əvvəl vəzifəsindən azad edilib. Belarus və Qazaxıstan isə İrəvana Ermənistan nümayəndəsinin təyinatı məsələsində qarşı çıxdı, halbuki, təşkilata 2020-ci ilin əvvəlinə kimi Ermənistandan olan baş katib rəhbərlik etməli idi.

2018-ci ilin dekabrıbda Lukaşenko ölkənin Təhlükəsizlik Şurasının katibi Stanislav Zasın təşkilatın baş katibi postuna təyinatı haqqında qərarı layihəsini imzalayıb. Zasın artıq öz təyinatının uyğunlaşdırılması məqsədi ilə Qırğızıstan, Qazaxıstan, Tacikistana və Rusiyaya baş çəkib.

Əlavə edək ki, KTMT siyasətçilər və analitiklər tərəfindən "Putinin NATO-su" adlandırılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/740466.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR