Bu gün AÇ-2020-nin seçmə mərhələsinə start veriləcək
Metbuat.az xəbər verir ki, milli komandamız da mübarizəyə başlayacaq.
Yığmamız ilk oyununda səfərdə Xorvatiya millisi ilə qarşılaşacaq. Komandamızın yeni baş məşqçisi Nikola Yurçeviçin debüt matçı həmyerlilərinə qarşı olacaq.
Son dünya çempionatının finalçısı matçın aşkar favoritidir.
Yığmamızın yer aldığı E qrupunun digər oyununda Slovakiya Macarıstanı qəbul edəcək.