Kaxa Kaladze: “Mədəni və dini müxtəliflik Tbilisinin ən qədim adətlərindən biridir”

Kaxa Kaladze: “Mədəni və dini müxtəliflik Tbilisinin ən qədim adətlərindən biridir”
16:27 21 Mart 2019
72 Digər
Ölkə mətbuatı
A- A+

Gürcüstanın paytaxtı Tbilisi şəhərinin meri Kaxa Kaladze Gürcüstan müsəlmanlarını Novruz bayramı münasibətilə təbrik edib.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, şəhər başçısı ölkənin müsəlman vətəndaşlarına sülh və çiçəklənmə arzu edib.
Onun sözlərinə görə, Tbilisidə milli, etnik, mədəni, dini müxtəliflik və onlara hörmət şəhərin ən qədim adətlərindən biridir: “Biz bu adət-ənənəni qoruyub saxlamalı və nümayiş etdirməliyik. Arzu edirəm ki, həyatımız daha tolerant və sevgi dolu olsun”.
K.Kaladze bu gün Tbilisidən azərbaycanlıların yığcam yaşadığı Marneuli rayonuna qədər olan avtomobil yolunda başa çatdırılmış təmir-tikinti işləri ilə tanış olub. 

Xəbərin orijinal ünvanı: https://report.az/region/medeni-ve-dini-muxteliflik-tbilisinin-en-qedim-adetlerinden-biridir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR