AVRO-2020-nin seçmə mərhəsinin I turunda Xorvatiyanın paytaxtı Zaqreb şəhərində keçirilmiş Xorvatiya-Azərbaycan matçını Azərbaycandan gedən azarkeşlər də stadiondan izləyərək milli komandamıza dəstək olublar.

Milli.Az xəbər verir ki, futbol üzrə Xorvatiya-Azərbaycan matçını stadiondan izləyən 10 nəfərdən ibarət azarkeş qrupunun üzvlərinin hamısı "Gillette"in keçirdiyi müsabiqənin qalibləri olublar. Onlar "Bəxt ülgücü" müsabiqəsində iştirak edərək Zaqrebdə stadionda oyunu izləmək imkanı qazanıblar.

Qrupun tərkibində yer alan tanınmış idman jurnalisti və ATV-nin idman xəbərlərinin aparıcısı Sənan Şəfizadə azarkeşlərin milli komandamıza verdiyi dəstəklə bağlı bunları bildirib: "İlk dəfə millinin təyyarəsi ilə yola çıxan "Gillette"in "Bəxt ülgücü" müsabiqəsinin qalibləri barədə danışmaq istərdim. Aralarında dükan işlədən, bərbər, inşaatçı, dizayner və dövlət qurumunun əməkdaşı olan bu heyət bəxt sayəsində qalib gələrək unudulmaz anlar yaşadılar. İki nəfər Şeydayevin qolundan sonra səsini batırdı, biri yığmada qonşusunu tapdı. "Gillette" həm milliyə dəstək oldu, həm də insanların arzusunu yerinə yetirdi. Yığmayla səfərimiz başa çatdı. Uduzsa da, bu komanda bizimdir".

Xatırladaq ki, martın 21-də Zaqrebdəki "Maksimir" stadionunda baş tutmuş Xorvatiya-Azərbaycan qarşılaşması ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Matçda ilk qolu oyunun 19-cu dəqiqəsində Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayev açsa, daha sonra xorvatlar 2 qol vuraraq qalib gəliblər.

Xorvatiyaya qarşı oyun həm Azərbaycan millisinin yeni baş məşqçisi, xorvatiyalı Nikola Yurçeviçin debüt matçı idi. Komandamız son Dünya çempionatının finalçısına məğlub olsa da, göstərdiyi mübariz oyunu ilə əksər tamaşaçıların rəğbətini qazanıb.

Videonu izləmək üçün şəklə klikləyin:
Şeydayevin qolundan sonra stadiondakı iki azərbaycanlının səsi batıb - VİDEO - FOTO Şeydayevin qolundan sonra stadiondakı iki azərbaycanlının səsi batıb (1)

Videonu izləmək üçün şəklə klikləyin:
Şeydayevin qolundan sonra stadiondakı iki azərbaycanlının səsi batıb - VİDEO - FOTO Şeydayevin qolundan sonra stadiondakı iki azərbaycanlının səsi batıb (3)

Videonu izləmək üçün şəklə klikləyin:
Şeydayevin qolundan sonra stadiondakı iki azərbaycanlının səsi batıb - VİDEO - FOTO Şeydayevin qolundan sonra stadiondakı iki azərbaycanlının səsi batıb (2)

Zəfər Tağı
Milli.Az