Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan layihə çərçivəsində daha bir mərhələ başa çatdı

Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan layihə çərçivəsində daha bir mərhələ başa çatdı
19:27 22 Mart 2019
Ölkə mətbuatı
A- A+

Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Yunanıstan-Bolqarıstan interkonnektorunun (IGB) tikintisi üçün mühəndis-sahibkar seçilib. Milli.Az xəbər verir ki, bu barədə Trend-ə şirkətdən məlumat veriblər.

Bildirilib ki, ICGB layihə şirkəti IGB üçün mühəndis-sahibkarın seçilməsi üzrə dövlət satınalmaları prosedurunu uğurla yekunlaşdırıb. ICGB tərəfindən təyin olunan komissiya TIBEI konsorsiumunu podratçı qismində seçib. Konsorsium əsas xidmətlər paketinə daha qənaətcil qiymət təklif edib - 5,67 milyon avro.

TIBEI - "Tractebel Engineering SA" (Belçika), "Tractebel Engineering SRL" (İtaliya), "INTBER GMBH" (Avstriya), "psilon Consult OOD" (Bolqarıstan) və "Engineering EAD" (Bolqarıstan) şirkətlərini özündə birləşdirən konsorsiumdur.

Qeyd olunub ki, mühəndis-sahibkarın seçilməsi layihənin yekunlaşdırılması üçün 3 əsas tenderdən biridir. Mühəndis-sahibkar hazırlıq mərhələsi və tikinti prosesi zamanı IGB layihəsinin reallaşdırılmasına nəzarət edən əsas müqaviləçidir.

Mühəndis-sahibkarın vəzifələrinə sifarişçiyə tikinti mərhələsində boru kəməri istifadəyə verilənə qədər layihənin reallaşdırımasında kömək göstərilməsi, həmçinin layihə ilə bağlı bütün əsas müqavilələrin, o cümlədən boru kəmərlərinin tədarükü, layihələndirmə və tikinti üzrə müqavilələr də daxil olmaqla idarə edilməsi daxildir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/economy/739873.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR