Afrikada "İdai" qasırğası nəticəsində 761 nəfər ölüb

Afrikada "İdai" qasırğası nəticəsində 761 nəfər ölüb
14:22 24 Mart 2019
80 Digər
Ölkə mətbuatı
A- A+

Mozambik, Zimbabve və Malavidə "İdai" tropik qasırğası nəticəsində ölənlərin sayı 700 nəfəri ötüb.
"Report"un xarici mətbuata istinadən verdiyi məlumata görə, təbii hadisə nəticəsində təkcə Mozambikdə 446 nəfər həyatını itirib.
Qasırğa habelə Zimbabve259 nəfərin həyatına son qoyub. Qeyd edilir ki, təbii hadisə nəticəsində Malavidə də 56 nəfər ölüb. Ümumilikdə təbii hadisə 761 nəfərin həyatına son qoyub.
"İdai" tropik qasırğası bu ölkələrin təsərrüfatına da ciddi ziyan vurub. Bir sıra dövlətlər təbii hadisədən zərər çəkən ölkələrə yardım göstərirlər.





Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/afrikada-i-dai-qasirgasi-neticesinde-olenlerin-sayi-700-neferi-otub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR