Gecəniz xeyrə qalsın - Yuxuya əla təsir edən 10 QİDA - FOTO

Gecəniz xeyrə qalsın - Yuxuya əla təsir edən 10 QİDA - FOTO
04:32 25 Mart 2019
129 Ölkə
Ölkə mətbuatı
A- A+

Müasir insanın həyatı əbədi yarışa çevrilib. Daim harasa tələsirik, əsəbləşirik, yuxusuzluqdan şikayət edirik.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, yuxusuzluq orqanizmə mənfi təsir edir, onu zəiflədir və xəstələnməsinə səbəb olur. Əgər yuxunuz ideal deyilsə, gec yuxuya gedirsinizsə və az yatırsınızsa, aşağıdakı siyahıya diqqət edin.

1. Yulaf sıyığı

Bir çoxları üçün bu sıyıq səhər yeməyidir. Onun tərkibində faydalı maddələrlə yanaşı melatonin yuxu hormonu da var və bu səbəbdən səhər yuxudan tez duran, tam istirahət etmək istəyənlər üçün əla seçimdir.

2. Banan

Minerallar mənbəyidir və tərkibindəki amin turşusu istirahətə kömək edir. Amma bananı yuxudan 1 saat əvvəl yemək olmaz.

3. Badam

Badamın tərkibində maqnium, triptofan və zülal var. Yaxşı yuxu üçün bir neçə ədə badam yemək və ya bir xörək qaşığı badam yağı qəbul etmək məsləhətdir.

4. Albalı

Albalının tərkibində melatonin miqdarı çoxdur və bu da sağlam və möhkəm yuxu üçün əladır. Əgər siz albalı əvəzinə albalı şirəsi qəbul etmək istəyirsinizsə, yaxşı və əsl markanı seçin.

5. Süd

Yuxusunu təbii yolla qaydaya salmaq istəyənlərə süd kömək edə bilər. Südün tərkibində kalsi ilə yanaşı zülal və triptofan var. Əgər süd xoşlamırsınızsa, yoqurt və kəsmikdən istifadə edin.

6. Yumurta

Hətta bir ədəd yumurta yemək də tez yuxuya getməyə təsir edir. Yumurtanın tərkibindəki zülal yaxşı yuxu üçün əladır.

7. Humus

Tərkibindəki bitki zülalı olan humus yuxuya müsbət təsir edir.

8. Balıq

Tuna, paltus və krevetin tərkibində B6 vitamini ilə yanaşı triptofan da var. Bu maddə yaxşı yuxu üçün lazım olan serotonin və melatonin ifrazını dəstəkləyir.

9. Bitki çayı

Yaxşı yuxu üçün bir fincan yaşıl çay içmək olar. Onun tərkibində çobanyastığı, limon olması isə lap əla olar.

10. Bal

Balın tərkibində olan qlükoza tez yuxuya getməyə təsir edir. Bundan başqa bal ilə bitki çayı da içmək mümkündür.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/health/735727.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR