Yaponiya hökumətinin istifadə etdiyi təyyarələr istismardan çıxarılacaq

Yaponiya hökumətinin istifadə etdiyi təyyarələr istismardan çıxarılacaq
19:22 25 Mart 2019
68 Dünya
Ölkə mətbuatı
A- A+

Yaponiya hökumətinin istifadə etdiyi təyyarələr cari ayın sonlarında istismardan çıxarılacaq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, martın 24-də Yaponiyanın şimalında yerləşən Hokkaydo prefekturasında hökumət təyyarələrinin dəyişidirilməsinə həsr olunan mərasim keçrirlib. İki ədəd "Boeing 747-400" təyyarəsi 20 ildən çoxdur ki, İmperatorun və Baş nazirin xarici səfərləri zamanı istifadə edilib. Ötən dövrdə həmin təyyarələr ümumilikdə regionun və dünyanın 100-dən çox ölkəsinə uçub.

Yaponiya özünümüdafiə hərbi-hava qüvvələrinin Titoşe bazasında təşkil edilən mərasimdə 150 qonaq iştirak edib. Gələn aydan istifadəsinə başlanacaq yeni "Boeing 777-300ER" təyyarələrinin daha az yanacaq işlətdiyi bildirilir. Bu təyyarələrin göyərtəsində, həmçinin simsiz internet şəbəkəsi mövcuddur.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/741483.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR