"Real Madrid" "PSJ" klubunun hücumçusu Kilian Mbappeni almaq üçün səylərini davam etdirir.

Metbuat.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, klub yaxın zamanda hücumçunun transferi üzrə fəal danışıqlara başlamaq və 280 milyon avro təklif etmək niyyətindədir.

K.Mbappenin "Real"a transferini həm klubun prezidenti Florentino Peres, həm də məşqçisi Zinəddin Zidan istəyir.