Biləsuvarda 4 otaqlı ev yanıb

Biləsuvarda yanğın qeydə alınıb.

Metbuat.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Biləsuvar rayonunda ümumi sahəsi 96 m² olan birmərtəbəli 4 otaqlı evin bir otağının döşəməsi və ev əşyaları 3 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR