Ermənistanın Lori vilayətində həmkəndlilər arasında atışma olub.

Metbuat.az-ın trend.az-a istinadən məlumatına görə, hadisə nəticəsində 7 nəfər yaralanıb.

Xəsarət alanlardan 3-ü qardaşdır. Qeyd olunur ki, atışma iki ailə arasında məişət zəminində baş verib.

Hadisənin təfərrüatları araşdırılır.