Mozambikdə "İdai" tropik qasırğası zamanı 1,8 milyon insan zərər çəkib

Mozambikdə "İdai" tropik qasırğası zamanı 1,8 milyon  insan zərər çəkib
07:07 27 Mart 2019
71 Digər
Ölkə mətbuatı
A- A+

Mozambikdə "İdai" tropik qasırğası zamanı 1 milyon 850 min insan zərər çəkib.
"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsi məlumat yayıb. 
Qeyd edilir ki, qasırğa yerli təsərrüfatlara ciddi ziyan vurub, habelə xeyli sayda ev dağılıb. Təbii hadisə zamanı 447 nəfər həyatını itirib, 15 mindən çox sakin yaralanıb.
Məlumata görə, təbii hadisədən zərər çəkən bölgələrdə qida və digər humanitar yardımlara ciddi ehtiyac var. Qeyd edək ki, Mozambikin dövlət başçısı qasırğada çoxsaylı insan tələfatı ilə bağlı ölkədə 3 günlük matəm elan edib. 


Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/mozambikde-i-dai-qasirgasi-zamani-1-8-milyon-insan-zerer-cekib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR