[ 04 May 2015 18:09 ]



Bakı. Könül Kamilqızı – APA. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə Rusiya Təbiət Elmləri Akademiyasının (RTEA) “Elm və incəsənət cəngavəri” fəxri adına layiq görülüb.

Azərbaycan Milli Elmlər Akademiyasından APA-ya verilən xəbərə görə, Rəyasət Heyətinin iclasında AMEA prezidenti, akademik Akif Əlizadə “Elm və incəsənət cəngavəri” fəxri adı və döş nişanını alimə təqdim edib.

Tədbirdə, həmçinin AMEA-nın müxbir üzvü Elmira Ramazanovaya “Yer təkinin sistemli araşdırmaları” seksiyası üzrə RTEA-nın xarici üzvü diplomu təqdim edilib.