Hər gün dövrümüzün qorxunc xəstəliyi olan xərçəngə səbəb ola biləcək fərqli qidalar öyrənirik və ya bu mövzuda xəbərdar olunuruq.
Metbuat.az bildirir ki, əgər sağlamlığınızı düşünürsünüzsə həqiqətən riskli olan qidaları bilmək vacibdir. Onkoloqlar xərçəngə yaxalanmamaq üçün bu qidalardan ciddi şəkildə uzaq durulmasının vacib olduğunu qeyd edib.
İşlənmiş ət
Dünya Sağlamlıq Təşkilatının sənəndlərində işlənmiş ətin siqaret çəkməklə eyni təsirdə olduğu bildirilib. Qətiyyən yeyilməməli qidaların siyahısında ən başda gələn işlənmiş ətlər bağırsaq xərçənginə yaxalanma riskini 18 faiz artırır.
Fermada yetişmiş Alabalıq
Tərkibində xərçəngə səbəb ola biləcək tullantı maddələri olduğu üçün xərçəng mütəxəssisləri tərəfindən məsləhət görülmür. Dəniz alabalığına nisbətən daha ucuz olsa da, sağlamlıq üçün zərərlidir.
Mikrodalğada partlamış qarğıdalı
Bu şəkildə hazırlanmış partlamış qarğıdalının içində ağciyər xərçənginə səbəb ola biləcək diasetli komponentlər mövcuddur. Buna görə də, tamamilə uzaq durulması məsləhət görülür.
Yüksək ocaq və temperaturda çox bişirilən ətlər
Həddindən çox yüksək ocaqda bişən ətlərin tərkibində xərçəngə səbəb olan 2 maddə var. Əslində qırmızı əti doğru üsulla bişirdikdə belə xərçəngə səbəb ola bilər. Mütəxəssislər az miqdarda və fasilələrlə yeyilməsini məsləhət görür.
Süni dadlandırıcılar
Süni dadlandırıcıların tərkibində olan maddələr xərçəng riski daşıdığı üçün mütəxəssislər tərəfindən isdifdə olunamaması məssləhət görülür. Amma süni dadlandırıcılar üzərində araşdırmalar davam etdirilir.
Alkoqol
Yüksək miqdarda alkoqol istifadəsi ağciyər, bağırsaq, və ya döş xərçənginə səbəb ola bilir. Aparılan araşdırmalar göstərir ki, sadəcə bu xərçəng növlərinə deyil, prostat və uşaqlıq xərçənginə səbəb ola biləcəyini də göstərib.
Simit
Qan şəkərini sürətli bir şəkildə yüksəldən simit ağciyər xərçəngi riski daşıyır.
https://metbuat.az/news/1154613/milyonda-bir-gorunen-hadise.html